Bu ilin avqust ayında "Bakı Metropoliteni" QSC 15 milyondan çox sərnişinə xidmət göstərib.
Bu barədə səhmdar cəmiyyəti xəbər verir.
Məlumata görə, ay üzrə ən çox sərnişin 27 avqustda daşınıb – 574 249 nəfər. Avqustun 3-ü isə 334 073 sərnişinlə ən sakit gün olub.
