Müəllif: Tamara Mustafayeva, Banco.az
Polşa Mərkəzi Bankı gələn ilin artım proqnozunu 1,4 faizdən 0,7 faizə endirib.
Banco.az xəbər verir ki, Polşa Mərkəzi Bankının açıqladığı inflyasiya hesabatına görə, bu il Ümumi Daxili Məhsulun (ÜDM) 4,6 faiz artacağı gözlənilir.
İnflyasiyanın bu il 14,5%, gələn il 13,1%, 2024-cü ildə isə 5,9% olacağının proqnozlaşdırıldığı hesabatda aşağıdakı ifadələrə yer verilib:
“Gələn il ÜDM-in 0,7 faiz artacağını gözləyirik. 2023-cü ildə daxili iqtisadi artımın aşağıya doğru yenidən nəzərdən keçirilməsi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün Polşada və dünyadakı iqtisadi proseslərə güclü mənfi təsirinin nəticəsidir.”
Hesabatda həmçinin Rusiyanın Avropaya qaz tədarükünü azaltması və qeyri-müəyyənliyin artması kimi amillərin qlobal valyuta bazarına təsir göstərməsi də vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!