Mərkəzi Bank Rusiyada inflyasiyanın yavaşladığını açıqlayıb | Banco.az

Mərkəzi Bank Rusiyada inflyasiyanın yavaşladığını açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada illik inflyasiya oktyabrda 12,63 faizə enib.

Banco.az xəbər verir ki, tənzimləyici qurum pul siyasəti sayəsində inflyasiyanın 2023-cü ildə 5-7 faizə, 2024-cü ildə isə 4 faizə qədər azalacağını proqnozlaşdırır.

Bankın məlumatına görə, istehlak qiymətləri ay ərzində 0,18 faiz artıb. Mövsüm amillərini nəzərə almaqla artım tempi sentyabr ayı ilə müqayisədə 0,13 faiz azalıb. Qeyri-ərzaq və ərzaq məhsullarının qiymətləri də ucuzlaşıb. Eyni zamanda sərnişindaşıma bazarında xidmətlər bahalaşıb.

Qeyd edək ki, daha əvvəl Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov cari ilin yekunlarına görə, rusiyalıların maaşlarının artacağını bildirmişdi. Lakin onların artımı yalnız gələn il inflyasiyanı üstələyə biləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram