Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” bu həftə kütləvi ixtisar planlaşdırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon” qlobal işçi qüvvəsinin 3 faizinə bərabər olan 10 min insanı işdən çıxarmağa hazırlaşır.
İxtisarların insan resursları, pərakəndə satış və süni intellektlə işləyən virtual köməkçi “Alexa” kimi məhsulların hazırlandığı qurğular departamentindən olacağı və bu həftə başlaması gözlənilir.
İxtisarların əsas səbəbi kimi isə qlobal iqtisadi sferada qeyri-müəyyənliyin artması göstərilir.
Qeyd edək ki, e-ticarət nəhəngi hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, bu, reallaşdığı təqdirdə, şirkətin yarandığı 1994-cü ildən bəri ən böyük ixtisarı olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!