Hollandiya Ukrayna ordusuna 25 milyon avro vəsait ayıracaq | Banco.az

Hollandiya Ukrayna ordusuna 25 milyon avro vəsait ayıracaq

Müəllif - Aida İsaq, Banco.az

Hollandiya Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 25 milyon avro ayıracaq. Banco.az xəbər verir ki, bu barədə adı çəkilən ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Vopke Hoekstra məlumat verib.

“Biz Ukrayna ordusunu dəstəkləmək üçün ərzaq, ilk tibbi yardım ləvazimatları, təcili yardım maşınları və yanacaq daşıyan maşınlar da daxil olmaqla 25 milyon avro ayıracağıq”.

Eyni zamanda, XİN rəhbəri vurğulayıb ki, Hollandiya Ukraynaya yardım üçün beynəlxalq fonda əlavə 20 milyon avro ayıracaq.

Qeyd edək ki, bundan əvvəl Hollandiyanın Nazirlər Kabineti qışa hazırlıq məqsədi ilə Ukraynaya 110 milyon avro ayırılacağını bildirmişdi. Vəsaitlərin sığınacaqların təşkilinə, su borularının, evlərin təmirinə, həmçinin ərzaq, işıq və qazın alınmasına sərf olunacağı ehtimal olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram