Müəllif: Tamara Mustafayeva, Banco.az
Aparıcı bankların işçi ixtisarı dalğası böyüməkdədir.
Banco.az xəbər verir ki, bu həftə mərkəzi ofisi Nyu-Yorkda yerləşən ABŞ-ın transmilli investisiya bankı “Citigroup”da onlarla insan işdən çıxarılıb.
Baş ofisi Londonda yerləşən Britaniyanın universal bankı “Barclays”də isə 200-ə yaxın işçinin ixtisar ediləcəyi gözlənilir.
Bazarlarda hökm sürən qarışıqlıq ABŞ banklarının investisiya bölmələrinin işinə mane olub. İlin üçüncü rübündə “Citigroup”un investisiya bankçılıq gəlirləri 64 faiz, “Barclays”in də 45 faiz azalıb.
Sözügedən gəlir itkiləri də bankları ixtisar qərarı verməyə sövq edib ki, ayın əvvəlində ABŞ-ın digər bir bankçılıq nəhəngi “Morgan Stanley” Asiya-Sakit okean regionunda fəaliyyət göstərən investisiya bankçılığı bölməsindən 50 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlamış, “Goldman Sachs” isə iyul ayında yeni işçilərin işə qəbulunu yavaşlatdıqlarını bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!