Azərbaycan Mərkəzi Bankı Özbəkistan iqtisadi forumunda iştirak edir | Banco.az

Azərbaycan Mərkəzi Bankı Özbəkistan iqtisadi forumunda iştirak edir

Noyabrın 3-4-də Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti Səmərqənd şəhərində keçirilən “İqtisadi islahatların mərkəzində insanlar” mövzusunda “2-ci Özbəkistan İqtisadi Forumu”nda iştirak edir.

Bu barədə AMB məlumat yayıb.

Forumda strateji prioritetlərə diqqət yetiriləcək, makro davamlılıq, iqlim dəyişikliyi, özəl sektor və insan kapitalı, öyrənilmiş dərslər, siyasət qərarlarının insanlara və biznesə təsirlərinə dair geniş müzakirələr aparılacaqdır.

Tədbir Özbəkistan Respublikası hökumətinin təşkilatçılığı ilə keçirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et