"Amazon" şirkətinin bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Amazon" şirkətinin bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” şirkəti dəyər itirməkdə davam edir.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un səhmləri dünən birja əməliyyatlarının yekununda 5%-dən çox dəyər itirib. Bununla da, şirkətin bazar dəyəri 2020-ci ildən sonra ilk dəfə 1 trilyon dollardan aşağı düşüb.

Arıdıcıl beş günlük dəyər itkisinin ardınca e-ticarət nəhənginin cari bazar dəyəri 987 milyard dollar təşkil edir.

2021-ci ilin noyabrında isə şirkət 1,9 trilyon dollarla rekord bazar dəyərinə çatmışdı.

Qeyd edək ki, “Amazon”un səhmləri bu il 42 faiz dəyər itirib. Nasdaq indeksi də 31 faiz geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram