Müəllif - Aida İsaq, Banco.az
Belçikada immiqrantlar və əcnəbi işçilərlə bağlı sorğu keçirilib.
Banco.az xəbər verir ki, aparılan sorğularda əldə olunan məlumatlar diqqət çəkib.
Belçikalıların 60%-i immiqrantların xərcinin qazandıqlarından daha çox olduğunu düşünür.
Sorğunun nəticələri
18% immiqrantların ölkə iqtisadiyyatını yaxşılaşdırdığını, 64%-i immiqrasiyaya görə təhsilin keyfiyyətinin aşağı düşdüyünü, 58%-i isə həyat təhlükəsinin artdığını bildirib.
Xarici işçilərə müsbət baxış
Respondentlərin 27%-i son 50 ildə immiqrasiyanın Belçikanın maraqlarına uyğun olduğunu desə də, 39%-i bununla razılaşmayıb.
Xarici işçilər üçün proqnoz ümumilikdə müsbət olub. Respondentlərin 60%-i əcnəbilərin işləmək üçün Belçikaya gəlməsinə müsbət yanaşdığını desə də, yalnız 12%-i bunun əleyhinədir.
İnsanların çoxu ciddi qaydalar istəyir
Məlumata görə, Belçikalıların 72%-i immiqrasiyaya icazə vermək üçün sərt qaydaların tətbiq edilməsinin lazım olduğunu bildirib.
Bu qaydalar arasında məcburi inteqrasiya proqramları, dil təhsili və ailə qurmazdan öncə minimum 4 il işləmək şərtləri yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!