Müəllif - Aida İsaq,Banco.az
NATO Rusiyanın taxıl sazişi ilə bağlı geri addım atmaq qərarını pisləyib.
"Biz Rusiyanın qərarını yenidən nəzərdən keçirməyə və ərzağa daha çox ehtiyacı olan ölkələrin tədarüklə təmin olunması baxımından müqaviləni ən qısa zamanda yenidən imzalamağa hazırıq" deyə NATO sözçüsü Oana Lungesku açıqlamasında bildirib.
Banco.az xəbər verir ki, NATO Rusiyanı ərzaqdan silah kimi istifadə etməyi dayandırmağa çağırıb.
BMT-nin baş katibi Antonio Quterreş də öz növbəsində məsələyə münasibətini bildirib.
"Baş katib Rusiyanın Qara Dəniz Taxıl İxrac Sazişində iştirakının dayandırılmasının başa çatdırılması məqsədilə danışıqları davam etdirir. Danışıqlar Ukraynadan ərzaq və gübrə ixracını asanlaşdırmaq üçün sazişin yenilənməsi və tam icrasına yönəlib".
Müdafiə Nazirliyinin oktyabrın 30-da yaydığı məlumata görə, oktyabrın 29-da Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı törədilmiş terror aktı ilə əlaqədar Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşevin açıqlamasına görə, Rusiya Türkiyənin də iştirakı ilə yaxın 4 ay ərzində ən kasıb ölkələrə 500 min tona qədər taxıl tədarük etməyə hazırdır.
Bizi sosial şəbəkələrdən izləyin!!