Bu ölkədə su vergisi artırılacaq | Banco.az

Bu ölkədə su vergisi artırılacaq

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada müəssisələr üçün su ehtiyatlarından istifadəyə görə qiymətlər 1,5 dəfə artırıla bilər.

Banco.az xəbər verir ki, bununla bağlı Rusiyanın Təbii Sərvətlər Nazirliyi hökumətin müvafiq qərar layihəsini hakimiyyət orqanlarına göndərib.

Nazirlik verginin əhəmiyyətli dərəcədə artırılması təklifini bu cür izah edib:

“Sudan istifadə üçün pul yalnız ətraf mühit və daşqınlardan qorunmaq üçün görülən tədbirlərə xərclənir. Qlobal iqlim dəyişkənliyi səbəbindən daşqınların tezliyi və şiddəti artdıqca, hər il yük artır”.

Rüsum dərəcəsinin tənzimlənməsi 2024-cü ildə federal büdcənin gəlirlərini 6,5 milyard rubl, 2025-ci ildə isə 7,5 milyard artıracaq. Yığılan büdcənin Rusiyanın şəhər və kəndlərində mühəndis mühafizəsinin tikintisinə sərf olunması planlaşdırılır.

Enerji İstehsalçıları Şurası xəbərdarlıq edib ki, tarifin artırılması müəssisələr üçün maliyyə yükü yaradacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər neft və qaz gəlirlərinin azalması səbəbindən Rusiya hakimiyyətinin gələn il üçün vergi yükünün artırılması qərarının əks nəticə verməsindən və ölkənin gələcəyi üçün əhəmiyyətli riskə çevrilməsindən narahatdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram