Müəllif - Aida İsaq, Banco.az
Bu ilin doqquz ayında Rusiyanın pərakəndə satış bazarına sadəcə beş beynəlxalq brend daxil olub. Banco.az xəbər verir ki, bu cür azalma 2012-ci ildən bəri ilk dəfə olaraq qeydə alınıb. Hazırki göstərici pandemiya dövrü ilə müqayisədə aşağıdır. Eyni zamanda keçən ilin eyni dövrü ilə müqayisədə 55% azalma müşahidə olunub. 2020 və 2021-ci ilin ilk üç rübündə Rusiya bazarına 11 yeni xarici pərakəndə şirkəti daxil olub. Bu barədə "NF Group" konsaltinq şirkətinin pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyeva bildirib.
Onlar arasında Moskvada küçə pərakəndə satışı formatında fəaliyyət gostərən Amerika mono-butiki "Vilhelm Parfumerie", Krasnodarda Li-Ning brendinin ilk Çin idman geyimi və ayaqqabı mağazası, Çitada Çin idman geyim markası "Anta Sports", Türkiyənin "Perspective" geyim brendi yer alır. Eyni zamanda bu siyahıya 2022-ci ilin yazında Rusiya bazarına daxil olan və bu gün artıq ölkənin ticarət mərkəzlərində beş mağazası, eləcə də Qazaxıstan və Özbəkistanda aparıcı qəhvəxanalar şəbəkəsi olan "Coffee Boom" şirkəti də daxildir.
"NF Group"un məlumatına görə, Rusiya və Ukrayna arasında başlayan müharibədən sonra 15-dən çox xarici brend ölkəni tərk edib.
Bizi sosial şəbəkələrdən izləyin!!