Müəllif - Aida İsaq, Banco.az
Ankara Moskva ilə milli valyutalarla ticarətə başlayıb. Banco.az xəbər verir ki, bu barədə Türkiyənin Ana Vətən Partiyasının iqtisadi siyasət şöbəsinin müdiri Hakan Topkurulu bildirib.
Topkurulu Rusiya ilə ticari əlaqələrdə milli valyutalardan istifadə olunduğunu elan edib. Pul köçürülmələrinin necə həyata keçirildiyi barədə açıqlanma verilməsə də, əməliyyatların “rubllarla” aparıldığı vurğulanıb.
“Milli valyutalardan istifadə etməklə ticarət əməliyyatları tam sürətlə davam edir. ABŞ-ın buna müdaxilə etmək imkanı yoxdur. İndi Türkiyə ilə Rusiya arasında ticarətdə dünyanın ehtiyat valyutası kimi qəbul edilən dollar anlayışı yoxdur” deyə türkiyəli siyasətçi bildirib.
Avqustun 5-də Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyənin Rusiya qazının pulunu rublla ödəmək planlarını açıqlayıb. Onun sözlərinə görə, Moskva hər il Ankaraya təqribən 26 milyard kubmetr qaz ixrac edir (müqayisə üçün qeyd edək ki, Avropa bazarı ötən il təxminən 140 milyard kubmetr ixrac təmin edib).
Bizi sosial şəbəkələrdən izləyin!!