Müəllif: Gülnar Əhmədli, Banco.az
Expressbank-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 592 milyon 364 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 42 milyon 651 min manat və ya 7,8% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 239 milyon 39 min manat, biznes kreditləri portfeli 222 milyon 954 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 130 milyon 372 min manat təşkil edib.
Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 10 milyon 648 min manat və ya 4,7%, 23 milyon 747 min manat və ya 11,9%, 8 milyon 256 min manat və ya 6,8% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
