Tamara Mustafayeva, Banco.az
"Rolls-Royce" ilk tam elektrik avtomobili "Spectre"in qlobal təqdimat mərasimini keçirib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyanın lüks avtomobil istehsalçısı "Rolls-Royce" istehsal etdiyi ilk tam elektrik avtomobili olan "Spectre" ilə elektromobil bazarına daxil olub.
"Rolls-Royce"ın baş icraçı direktoru Torsten Müller-Ötvös verdiyi açıqlamada "Spectre" modelinin ilk olduğunu, benzinli modellərin mərhələli şəkildə ləğv ediləcəyini və şirkətin 2030-cu ildən sonra yalnız elektrikli avtomobillər istehsal edəcəyini bildirib.
Yeni "Spectre" modelinin ilk sahiblərinə 2023-cü ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır. Satış qiyməti üçün isə şirkətin "Cullinan" və "Phantom" modellərinin qiyməti aralığında bir məbləğ müəyyənləşdiriləcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!