Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (AMB) bəzi bankların 2022-ci il bonusları ilə bağlı ehtiyatlı olmaları üçün təzyiqləri artırıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, məsələ ilə əlaqədar mənbələrdən verilən məlumata görə, bank iqtisadi mənzərənin pisləşməsi səbəbiylə 2022 bonusları mövzusunda bankların ehtiyatlı olması üçün çağırış edib.
Avrozona banklarının ən böyük nəzarətçisi olan qurum enerji böhranının iflas dalğasına səbəb olacağından ehtiyatlanaraq bəzi bankların mükafat və dividend ödənişlərini azaltmasını gözlədiklərini bildirib.
Mənbələrə görə, AMB gələn il Avropada kəskin ləngimə gözlədiyi üçün qurumun banklara xəbərdarlıqları aktuallaşıb.
Yüksək inflyasiya və yüksək faiz dərəcələrinin iqtisadi perspektivlərə təzyiq göstərməsinə baxmayaraq, "UniCredit SpA", "Commerzbank" və "Deutsche Bank" kimi bəzi Avrozona banklarının nikbin qiymətləndirmələri sözügedən xəbərdarlıqda təsirli olub.
Bizi sosial şəbəkələrdən izləyin!!