"Samsung" şirkəti yaşıl enerjiyə 5 milyard dollar xərcləyəcək | Banco.az

"Samsung" şirkəti yaşıl enerjiyə 5 milyard dollar xərcləyəcək

Tamara Mustafayeva, Banco.az

Samsung Electronics yaşıl enerji istehsalını artırmaq və karbon emissiyalarını azaltmaq üçün Cənubi Koreyada bu sahədə lobbiçilik etməyi və 5 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Koreyanın elektronika nəhəngi "Samsung Electronics" yaşıl enerji layihələrinə 7 trilyon von (5 milyard dollar) sərmayə qoyacaq və emissiyaların artımını dayandırmaq və əsrin ortalarına qədər birbaşa çirklənməni sıfıra endirmək üçün ölkədə daha çox yaşıl enerji istehsalına lobbiçilik edəcək.

Qeyd edək ki, Cənubi Koreyanın ən böyük şirkəti 5 il ərzində xaricdəki fabriklərində tamamilə bərpa olunan enerji ilə istehsala keçməyi hədəfləsə də, istehsalın əksəriyyətini təşkil edən və enerji üçün əsasən qalıq yanacaqlardan asılı olan yerli fabriklərdə oxşar hədəfin qoyulması real deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram