Azərbaycanda həyat və qeyri-həyat sığortasında vəziyyət necə dəyişib? | Banco.az

Azərbaycanda həyat və qeyri-həyat sığortasında vəziyyət necə dəyişib?

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 245,897 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 26,95% çoxdur.

Ötən 6 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 245,708 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 40,1% azalaraq 84,767 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,5% azalaraq 90,157 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 34,5 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 36,7 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci ilin yanvar-iyun aylarında müvafiq olaraq 73,1 manat və 41,2 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram