Ziraat Bank Azərbaycan
Bakı və Sumqayıt Filiallarına Kiçik əməliyyatçı-kassir
Vakansiya haqqında məlumat:
Bakı və Sumqayıt Filiallarına Kiçik əməliyyatçı-kassir
Vəzifəyə olan tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi olması arzuolunandır;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
- Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağdsız hesablaşmalar və pul köçürmələrin aparılması;
- İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
- Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş kassirə təhvil verilməsi;
- Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!