Portfelə nəzarət və monitorinq şöbəsinin Baş mütəxəssis / Eksperti | Banco.az
Rabitəbank

Portfelə nəzarət və monitorinq şöbəsinin Baş mütəxəssis / Eksperti

Vakansiya haqqında məlumat: 

 

 “Rabitəbank” ASC Daxili Nəzarət Departamentinin Portfelə nəzarət və monitorinq şöbəsinin Baş mütəxəssis / Eksperti vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının Mərkəzi bankının müvafiq qayda və təlimatları bilmək və onlara riayət etmək;
  • Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək və verilən kreditlər üzrə kənarlaşmalar aşkarlandığı zaman müvafiq prosedurlara əsasən məlumat vermək;
  • Planlı və növbədən kənar kreditlərinin monitorinqini həyata keçirmək və monitorinqlərin nəticəsi olaraq məlumatları vermək;
  • Filialdaxili Kredit Komitələrinin fəaliyyətini qiymətləndirmək;
  • Kredit portfeli təhlil etmək, nəzarət etmək, kredit rikslərinin müəyyən edilməsində iştirak etmək;
  • Kredit məhsullarının yaradılmasında iştirak etmək və tövsiyyələri vermək.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə azı 3-4 il iş təcrübəsinin olması; (xüsusi ilə biznes kredit sahəsində)
  • Analitik düşüncəyə malik olmaq;
  • İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq və yeni ideyalara malik olması.
  • Excel proqramı üzrə biliklərin olması.

Data base-lərlə işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Portfelə nəzarət və monitorinq şöbəsinin baş mütəxəssis / eksperti” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram