ABA-nın prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin 65-ci Ümumi Yığıncağında iştirak edib | Banco.az

ABA-nın prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin 65-ci Ümumi Yığıncağında iştirak edib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 65-ci Ümumi Yığıncağında iştirak edib.

Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri Dr. Nureddin Nebatinin iştirakı ilə təşkil olunub. İclasın açılış hissəsində TBB İdarə Heyətinin sədri Alpaslan Çakar, Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinin rəhbəri Mehmet Ali Akben, nazir Dr. Nureddin Nebati çıxış edib. İclas zamanı Dünya və Türkiyə iqtisadiyyatındakı cari vəziyyət və yeni perspektivlər müzakirə edilib.

Üzv bankların iştirakı ilə keçirilən iclas zamanı Birliyin İdarə Heyətinin və Auditorlar Şurasının üzvləri təsdiq edilmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram