“Instagram” yeni korporativ şrifti təqdim edib | Banco.az

“Instagram” yeni korporativ şrifti təqdim edib

“Instagram” loqosunun rəngində dəyişiklik elan edib və yeni korporativ şrifti təqdim edib.

Loqonu daha parlaq və canlı etmək üçün sosial şəbəkə onu innovativ 3D modelləşdirmə ilə yeniləyib.

Yeni şriftə gəlincə isə ona “Instagram Sans” adı verilib. Şrift sosial şəbəkənin loqosundan ilham alınaraq yaradılıb. O, əsasən kvadrat və dairələrin birləşməsindən hazırlanıb.

“Instagram Sans”ın simvolları təkcə ingilis dili üçün deyil, ərəb, tay, yapon və digər dillər üçün də uyğunlaşdırılıb. Sosial şəbəkə yeni şriftdən reklam kampaniyaları çərçivəsində istifadə edəcək. Yeni simvollara “Hekayələr” bölməsində də rast gəlmək mümkün olacaq.

ted.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et