PAŞA Bank
Kredit Analitiki
Vakansiya haqqında məlumat:
Kredit Analitiki
- Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
- Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
- Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
- Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
- Kredit portfelinin idarə edilməsi.
- Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Tələb edilən bilik, bacarıq və təcrübə
- Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- 0-1 il
- İngilis, Rus
- Microsoft Office
PAŞA Bank sizə nə vəd edir?
- Tibbi sığorta
- İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
- İllik mükafatlar
- Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
- İdman güzəştləri
- İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması
Arzularının komandasını birlikdə yaradaq!
Bizi sosial şəbəkələrdən izləyin!!