Təbii itkilərin gəlirdən çıxılması necə tənzimlənir? | Banco.az

Təbii itkilərin gəlirdən çıxılması necə tənzimlənir?

Ət məhsullarının satışı ilə məşğul olan fiziki şəxs təbii itkiləri gəlirdən çıxa bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Təbii itki normaları Nazirlər Kabinetinin “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”nın təsdiq edilməsi barədə 17.07.2018-ci il tarixli 307 nömrəli qərarı ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 108.5-ci maddəsi

vergiler.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et