Goldman Sachs kripto-investisiya məhsulları təqdim edəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Goldman Sachs kripto-investisiya məhsulları təqdim edəcək

Dünyanın ən iri investisiya banklarından biri olan Goldman Sachs tərəfindən aparılan sorğuya əsasən, müştərilərinin 60%-i yaxın 2 il ərzində kriptovalyutalara investisiyalarını artırmaq niyyətindədir. Goldman Sachs-ın sorğusu göstərdi ki, bank müştərilərinin təxminən üçdə biri kriptovalyuta bazarına investisiyalarını “əhəmiyyətli dərəcədə” artırmaq istəyir. İnstitusional investorların təxminən 55%-i öz kapitalının 5%-ni rəqəmsal aktivlərin alınmasına ayırmağa hazırdır. Bu investorların marağında ilk yerdə Bitcoin və Ethereum (22%), daha sonra altkoinlər (15%), DeFi tokenləri (14%) və NFT-lər (9%) tutur.

Goldman Sachs-ın Rəqəmsal Aktivlər Departamentinin rəhbəri Mary Catherine Rich CNBC-yə müsahibəsində bildirib ki, bank öz müştərilərinə yaxın müddətdə yeni kriptovalyutalarla bağlı investisiya məhsullarına çıxış təklif etmək üçün fəal işləyir. Onun sözlərinə əsasən, yeni xidmətlər 2022-ci ilin birinci yarısında müştərilər üçün əlçatan olacaq. Bank özəl kapitalın idarə edilməsi qrupunun işinin bir hissəsi olaraq kriptovalyutalara investisiyalar üzrə təklifləri hazırlayır.

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram