Mərkəzi Bank sığorta bazarının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir | Banco.az

Mərkəzi Bank sığorta bazarının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir

Azərbaycan Mərkəzi Bankı sığorta bazarının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir.

Bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, bu layihələrdən biri sığorta xidmətlərinin əlçatanlığının təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

"Həm icbari, həm də könüllü sığorta növlərinin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi sığorta xidmətlərinin elektron formada alınmasına, habelə sığorta hadisəsi baş verdikdə kompensasiya üçün onlayn müraciət etməyə imkan verəcək. Bu, göstərilən xidmətlərin səmərəliliyini artırmağa və sığorta hadisəsi baş verdikdə operativ reaksiya verməyə kömək edəcək", - deyə V.Qurbanov bildirib.

Departament direktoru qeyd edib ki, bu layihələrin həyata keçirilməsi üçün tənzimləyici tərəfindən müvafiq qanun layihəsi hazırlanıb - həm hüquqi baza, həm də elektron sistemlərə nəzarət platforması.

Ən sərfəli kredit üçün müraciət et

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram