Pul siyasətində transmissiya mexanizmindəki laqlar nəzərə alınır | Banco.az

Pul siyasətində transmissiya mexanizmindəki laqlar nəzərə alınır

Dünyanın aparıcı iqtisadiyyatlarında olduğu kimi, pul siyasəti qərarları makroiqtisadi sabitlik və iqtisadi fəallıq arasında optimal balansın təmin olunmasına yönəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bank qeyd edib ki, iqtisadi artıma dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayına kimi 16 mərhələdə azaldılaraq 15%-dən 6,25%-ə endirilməsindən sonra AMB ötən il siyasət kursunu dəyişib.

"İlin birinci yarısında başlıca olaraq xarici mühitdə baş verən prosesləri nəzərə alaraq pauza götürüb, yüksək inflyasiya təzyiqlərinə cavab olaraq ilin ikinci yarısından başlayaraq mərhələli monetar şəraiti sərtləşdirməyə başlayıb. Ötən ilin sentyabrından bəri uçot dərəcəsi 4 mərhələdə 6,25%-dən 7,5%-ə qaldırılıb", - requlyator vurğulayıb.

Mərkəzi Bank qeyd edib ki, pul siyasəti qərarlarının verilməsi zamanı transmissiya mexanizmindəki laqları ("lag" – fasilə) və xüsusiyyətləri də nəzərə alınır: "Pul siyasəti qərarları ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansı ilə yanaşı, inflyasiyanın xərc və təklif amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul edilir".

Qeyd edək ki, transmissiya mexanizmi pul siyasəti qərarlarının ümumilikdə iqtisadiyyata və xüsusilə real iqtisadi dəyişənlərə (məcmu tələb, istehsal, inflyasiya) təsir etdiyi prosesdir. Transmissiya mexanizmi uzun, dəyişkən və qeyri-müəyyən "lag" ilə xarakterizə olunur. Beləliklə, pul siyasəti tədbirlərinin iqtisadiyyata və qiymət səviyyəsinə dəqiq təsirini proqnozlaşdırmaq çətindir.

Xatırladaq ki, aktual olan inflyasiya problemi ilə bağlı Baş nazir Əli Əsədov 2022-ci ilin fevral ayının 21-də "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayıb.

Azərbaycan Mərkəzi Bankından  bildirilib ki, bu tədbirlər ölkədə makroiqtisadi sabitliyin qorunması, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqinin azaldılması, minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması, habelə əhalinin sosial rifahının qorunmasına yönəldilib. AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.

Bu il ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri illik müqayisədə 12,5% artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,1%, qeyri-ərzaq məhsulları 5,9%, əhaliyə göstərilmiş ödənişli xidmətləri isə 11,1% bahalaşıb. Ötən il Azərbaycanda ortaillik infly

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram