Azərbaycanın sığorta bazarı 12%-dən çox böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 12%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyul aylarında 937 milyon 658 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 104 milyon 459 min manat və ya 12,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529 milyon 307 min manata bərabər olub. Bu da illik müqayisədə 90 milyon 689 min manat və ya 20,7% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram