Ukrayna ətrafında geosiyasi vəziyyətin kəskinləşməsi qızılın 1,7% bahalaşmasına səbəb olub.
Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 1,7%, yaxud 32,55 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 942,9 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 1,75% artaraq, 1 unsiyası 24,988 ABŞ dolları təşkil edib.
Bazarlar Rusiya Prezidenti Vladimir Putinin Donbasda xüsusi hərbi əməliyyatların keçirilməsi haqqında bəyanatına reaksiya veriblər.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!