Daha bir sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv olub.
ASA-dan verilən məlumata görə, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC tərəfindən Assosiasiyaya üzvlüklə bağlı rəsmi müraciət daxil olub.
Məlumatda bildirilir ki, müvafiq müraciətə Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının 2021-ci ilin yekunlarına həsr olunmuş toplantısında baxılaraq, şirkətin ASA-ya üzv olması ilə bağlı qərar qəbul edilib.
Beləliklə bununla da ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvü olmuş oldu və ASA-nın üzvlərinin sayı 21-ə çatdı.
Qeyd edək ki, hazırda Azərbaycanda 14 qeyri-həyat, 5 həyat 1 aqrar və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!