Azərbaycanda bu il ÜDM-in həcmi 100 mlrd. manatı ötəcək | Banco.az

Azərbaycanda bu il ÜDM-in həcmi 100 mlrd. manatı ötəcək

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyinin gözləntilərinə əsasən, bu ilin yekunlarına görə, Azərbaycanda nominal ÜDM-in həcmi 103 mlrd. manat təşkil edəcək.

2023-cü ildə nominal ÜDM-in həcmi 101 mlrd. manat, 2024-cü ildə 99 mlrd. manat, 2025-ci ildə isə yenidən 103 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə, Azərbaycanda nominal ÜDM-in həcmi 100 mlrd. manat həddini yalnız 2025-ci ildə keçərək 103,7 mlrd. manat olacaq. Azərbaycan hökumətinin proqnozuna görə də, ölkədə nominal ÜDM-in həcmi 100 mlrd. manatı səviyyəsini 2025-ci ildə keçəcək.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda nominal ÜDM-in həcmi 92,858 mlrd. manat təşkil edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et