ABŞ mağazalarında COVID-19 üçün test dəstlərinin qiymətini hədsiz artırırlar | Banco.az

ABŞ mağazalarında COVID-19 üçün test dəstlərinin qiymətini hədsiz artırırlar

ABŞ-da “omikron” ştamının sürətlə yayılması ilə bərabər antigenlər üçün test dəstlərinin qiymətləri də artmaqda davam edir.

Milad və Yeni il bayramları günlərində koronovirusa tutulanların sayı kəskin artmağa başlayıb. Bayramdan sonra testlərə tələbat artıb.

Nyu-Yorkun baş prokuroru Letisiya Ceymsin ünvanına daxil olmuş şikayətlərdə göstərilir ki, mağazalarda belə testlər ikiqat, hətta üçqat baha qiymətinə satılır. Ceyms deyib: “Nyu-Yorkdakı “Walgreens” mağazasında “BinaxNOW” brendinin iki testdən ibarət standart paketin qiyməti 14-25 dollar həddindədir. Lakin məlumatlar daxil olur ki, elə həmin məhsullar bir paket üçün 40-70 dollara satılır”.

İnternet-mağazalarda da vəziyyət yaxşı deyil: məsələn, “Tanga” internet-mağazasında “BinaxNow” testlərinin bir dəsti 59,99 dollara satılır. Bayden administrasiyası Amerika sakinlərinə 500 milyon ev test dəstinin pulsuz göndərilməsini planlaşdırır, lakin hələlik bu iş görülməyib. Testlərin qiymətinin azaldılması barədə “Walmart” və “Kroger” kimi ritelyərlərlə bağlanmış sazişin müddəti keçib.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et