Tamara Mustafayeva, Banco.az
Kofe qiymətləri 2021-ci ili 76,3%-lik artımla başa vurub ki, bu da, 2010-cu ildən bəri qeydə alınan ən yüksək səviyyədir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, etalon hesab edilən "Arabica" qəhvə fyuçersləri ötən il Nyu-York birjasında 76% bahalaşmaqla 2.25 dollara yüksəlib.
Qeyd edək ki, dünyanın ən böyük "Arabica" qəhvə dənələri istehsalçısı Braziliyada hökm sürən əlverişsiz iqlim şəraiti və qəhvə plantasiyalarındakı azalma qlobal tədarük çatışmazlığını daha da gücləndirib. Bununla yanaşı, yükdaşıma və loqistika sektorlarında müşahidə edilən qiymət artımları da, öz növbəsində kofenin bahalaşmasına təsir göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!