Türkiyə Mərkəzi Bankı 2022-ci ilin yanvarından etibarən xarici valyutalarda pul saxlayan banklardan 1,5 faiz komissiya alacaq.
Bu barədə Mərkəzi Bankın Türkiyə banklarına ünvanladığı açıqlamada deyilir.
Qeyd olunur ki, komissiya ölkədə fəaliyyət göstərən xarici bankların depozitləri istisna olmaqla icbari ehtiyatlarda və depozit hesablarda saxlanan bütün məbləğlərdən alınacaq.
Türkiyə Mərkəzi Bankının məlumatında deyilir ki, komissiyanın məbləği rübün sonuna ortalama qalıq məbləğin əsasında hesablanacaq. Yeni qaydalar gələn il yanvarın 7-dən qüvvəyə minəcək.
Xatırladaq ki, bu ayın ortalarında Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 faizdən 14 faizədək azaltmış, nəticədə lirənin dəyəri kəskin azalmışdı. Bir müddət ölkədə bir ABŞ dollarının qiyməti 18 lirə həddini keçmişdi. Hazırda bir dollar 11,80 lirə ətrafında alınıb-satılır.
trend.az
Bizi sosial şəbəkələrdən izləyin!!