Tamara Mustafayeva, Banco.az
Noyabr ayında 68 min 900 dollara qədər bahalaşmaqla tarixi rekorda imza atan bitkoin ötən beş həftə ərzində mərhələli formada ucuzlaşmaqla hazırda sonuncu 2 ayın ən aşağı səviyyəsinə yaxın ticarət edilir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 8,4% dəyər itirməklə 45 min 773 dollara geriləyib. Yeni günə bir qədər bahalaşmaqla başlayan bitkoinin qiyməti hazırda 47 min 36 dollar təşkil etməkdədir.
İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə ötən sutka ərzində 0,60% dəyər itkisi ilə 3 min 767 dollara enib.
Qeyd edək ki, hazırda əsas kriptovalyutalarla yanaşı altkoinlərdə də ucuzlaşma dinamikası müşahidə edilməkdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!