Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri koronavirusun Omikron ştammının düşünüldüyü qədər qorxulu olmadığına dair yeni məlumatların əldə edilməsi və Çinin gələn il monetar genişlənmə strategiyası tətbiq edəcəyinə dair proqnozlar fonunda bahalaşmaqda davam edir.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,3% dəyər qazanmaqla hazırda bir bareli 72.63 dollara ticarət edilir.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 1,2% bahalaşmaqla bir bareli 76.06 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!