Neftin qiyməti cüzi ucuzlaşdı | Banco.az

Neftin qiyməti cüzi ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti bir qədər ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri iki günlük bahalaşmanın ardınca Oklahomadakı xam neft ehtiyatlarının artması xəbəri ilə ucuzlaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,3% ucuzlaşmaqla hazırda bir bareli 71.84 dollara ticarət edilir.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0,1% dəyər itirməklə bir bareli 73.36 dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram