"Xiaomi" bu şəhərdə elektromobil zavodu inşa edəcək | Banco.az

"Xiaomi" bu şəhərdə elektromobil zavodu inşa edəcək

Tamara Mustafayeva, Banco.az

"Xiaomi" elektrik avtomobili istehsal edən zavod inşa etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin texnologiya nəhəngi "Xiaomi" Pekində illik 300 min avtomobil istehsal etmə patensialına sahib elektromobil zavodu inşa edəcəyini elan edib.

Sözügedən zavodun inşası iki mərhələli həyata keçiriləcək və şirkətin avtomobil departamentinin satış və araşdırma ofisi də burada yerləşəcək.

Xatırladaq ki, texnologiya nəhəngi bu ilin mart ayında açıqlama edərək elektromobil sektoruna növbəti 10 il ərzində 10 milyard dollar sərmayə yatıracağını bildirmişdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram