Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu artıb | Banco.az

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu artıb

Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə bu il əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.

Bu ilin yanvar-oktyabr aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 869,78 mln. manat vəsait yönəldilib.

Bu göstərici 2020-ci ilin analoji dövrünün göstəricisini 1,2% üstələyir.

Əsas kapitala yönəldilən vəsaitin 824,11 mln. manatı və ya 94,7%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram