Tamara Mustafayeva, Banco.az
Dünən axşam saatlarında prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarından sonra Dollar/TL məzənnəsində növbəti tarixi rekord qeydə alınıb.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, dünən 11.25 səviyyəsində olan məzənnə sözügedən açıqlamadan sonra sürətlə yüksələrək 11.47 səviyyəsinə çatıb. Yeni günə isə nisbətən geriləyərək başlasa da, irəliləyən saatlarda türk lirəsinin rekord səviyyədə ucuzlaşması müşahidə edilib və məzənnədə yeni rekord qeydə alınıb.
Hazırda Dollar/TL məzənnəsi 13.26 səviyyəsində ticarət edilir.
Qeyd edək ki, türk lirəsi bu gün 10%-lik göstərici ilə ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyutası olub.
Bizi sosial şəbəkələrdən izləyin!!