Vergi orqanı tərəfindən hesabatların qəbul edilməməsinə səbəb olan hallar hansılardır? | Banco.az

Vergi orqanı tərəfindən hesabatların qəbul edilməməsinə səbəb olan hallar hansılardır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir:

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;

- vergi dövrü əks olunmadıqda;

- vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq edilmədikdə;

- vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda;

- vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda.

Əsaslandırma: Vergi Məcəlləsinin 72.6-cı maddəsi

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram