Tamara Mustafayeva, Banco.az
Bill Qeytsə məxsus nüvə enerjisinə investisiya firması "TerraPower" əvvəlkilərə nəzərən daha məhsuldar və daha ekoloji təmiz yeni nəsil nüvə stansiyalarından ilkini Vayominq ştatında inşa edəcəklərini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ümumilikdə 4 milyard dollar investisiya qoyuluşu ilə reallaşacaq layihənin maliyyələşdirilməsi üçün ABŞ hökuməti 1.9 milyard dollar ayıracaq. Şirkətdən edilən açıqlamaya görə, sözügedən stansiya 2028-ci ildə fəaliyyətə başlayacaq.
"TerraPower"in inşa edəcəyi yeni nəsil stansiyaların əvvəlkilərə nəzərən 20% daha məhsuldar olacağı gözlənilir.
Xatırladaq ki, şirkət Tramp hökuməti dövründə Çinli bir şirkətlə əməkdaşlıq edərək ilk nüvə stansiyasını Pekin şəhəri yaxınlığında inşa etməyi istəmiş, ancaq Ağ Ev bu təşəbbüsə mane olaraq stansiyanın ABŞ-da inşasını "tövsiyə etmişdi".
Bizi sosial şəbəkələrdən izləyin!!