Tamara Mustafayeva, Banco.az
ABŞ-da açıqlanan inflyasiya göstəricilərindən sonra FED-in monetar sərtləşdirməni artıracağına dair proqnozlar fonunda dolların güclənməsi ilə Dollar/TL məzənnəsi yeni günə növbəti rekordla başlayıb.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, cümə günü tarixində ilk dəfə 10 səviyyəsini keçən məzənnə bu gün Bakı vaxtı ilə səhər saat 08:56-da 10.0865 səviyyəsinə yüksəlib. Daha sonra türk lirəsinin sürətlə ucuzlaşması ilə məzənnədə yeni tarixi rekord qeydə alınıb.
Hazırda Dollar/TL məzənnəsi 10.22 səviyyəsində ticarət edilir.
Qeyd edək ki, türk lirəsi 2021-ci ilin əvvəlin bəri 26%-lik göstərici ilə dollara qarşı ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyutasıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!