Kreditlərə Nəzarət Departamentində Mütəxəssis | Banco.az
PAŞA Bank

Kreditlərə Nəzarət Departamentində Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Kreditlərə Nəzarət Departamentində Mütəxəssis 

“PAŞA Bank” ASC olaraq Kreditlərə Nəzarət departamentinin Mütəxəssisi kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Monitorinq keyfiyyətinə nail olmaqla müştəri və onun zamininin kredit tarixçəsinin analizi və müqayisəsi;
• Bankın rəhbərliyi və digər şöbələrə çatdırılması üçün maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması;
• “Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi;
• Müştəri ilə problem aşkarlanmadan əvvəl təbdirlər planının yerinə yetirilməsinə nəzarət;
• Riskin azaldılması məqsədilə planların hazırlanması.

Sizdən nə tələb olunur?

• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr/Magistr təhsili
• İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il
• Lisenziya / Sertifikat: ACCA Papers F3, F7, Finance Modeling
• Xarici dil: İngilis dili (səlis), Rus dili (arzuolunan)
• Kompüter bacarıqları: Microsoft Office
• Digər: Maliyyə hesabatı anlayışı, güclu ünsiyyət, təqdimat və münaqişəni həlletmə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.11.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kreditlərə Nəzarət departamentində Mütəxəssis”” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et