Neftin qiyməti ucuzlaşmaqda davam edir | Banco.az

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft bazarlarının diqqəti OPEC iclasına yönəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri ABŞ-da açıqlanan rəsmi məlumatların xam neft ehtiyatlarının artdığından xəbər verməsi ilə sürətlə ucuzlaşmağa başlayıb. Birjaların əsas diqqət mərkəzində isə OPEC ölkələri tərəfindən bu gün keçiriləcək iclas dayanır. 

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,1% ucuzlaşmaqla hazırda bir bareli 80.01 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,8% dəyər itirərək bir bareli 81.37 dollara geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram