Tamara Mustafayeva, Banco.az
"Mastercard" şirkəti rəqəmsal aktivlər platforması "Bakkt" ilə əməkdaşlığa başlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ödəmə texnologiyaları şirkəti "Mastercard" müştərilərinin kriptovalyuta biznesinə, bu biznesə dair xüsusi imtiyazların verilməsinə və kriptovalyuta əsaslı plastik kartların əldə edilməsinə çıxışını asanlaşdırmaq üçün əsaslı addımlar atıldığını açıqlayıb.
Bu məqsədlə "Bakkt" şirkəti ilə əməkdaşlığa başlayan "Mastercard" sözügedən əməkdaşlıq çərçivəsində istifadəçilərin rəqəmsal aktivlər ekosisteminə çıxışının asanlaşdırılacağını, həmçinin "Mastercard"ın tərəfdaşları üçün kriptovalyuta həlləri təklif etmə ehtimalını da vurğulayıb.
Açıqlamada "Bakkt" platforması tərəfindən dəstəklənən rəqəmsal cüzdanlarla rəqəmsal aktivləri almaq, satmaq və saxlamaq imkanı yaradan kriptovalyuta lisenziyalı bank kartlarının buraxılacağı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!