Tamara Mustafayeva, Banco.az
Rusiya Mərkəzi Bankının faiz qərarı proqnozları üstələyib.
Banco.az rus mətbuatına istinadla xəbər verir ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 75 faiz bəndi artırmaqla 7,50%-ə yüksəldib. Ekspertlərin proqnozu isə 7%-i işarə edirdi.
Qeyd edək ki, bu qərarla birlikdə Mərkəzi Bank ardıcıl olaraq sayca altıncı faiz artımına imza atmış olub ki, bu dəfəki artım həmçinin iyul ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Bizi sosial şəbəkələrdən izləyin!!