Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi"nə dəyişdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində 2 yeni publik hüquqi şəxs fəaliyyət göstərəcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda öz əksini tapıb.
Fərmana əsasən, həmin publik hüquqi şəxslər aşağıdakılardır:
- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;
- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin, İnnovasiyalar Agentliyinin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.
report
Bizi sosial şəbəkələrdən izləyin!!