Bu ölkənin bankçılıq sektoru risk altındadır | Banco.az

Bu ölkənin bankçılıq sektoru risk altındadır

Tamara Mustafayeva, Banco.az

İngiltərədə yük avtomobilləri üçün sürücü çatışmazlığı davam edərkən yeni yayımlanan bir hesabata görə, ölkədə kadr çatışmazlığı yaşanılacaq növbəti sektor bankçılıq olacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, böyük əksəriyyəti Avropa İttifaqına üzv ölkələrdən gələn və ümumi sayı 1,1 milyona çatan beynəlxalq işçilər bankçılıq sektorundakı işlərin təqribən beşdə birində çalışır. Ernst & Young (EY) audit şirkəti ilə "theCityUK" təşkilatının birgə hazırladığı hesabata görə, Breksitdən sonra xarici personalın işə qəbulu ilə bağlı xərclər getdikcə artır və proses çətinləşir.

Qeyd edək ki, Aİ vətəndaşları Breksit qərarından əvvəl İngiltərədə işləmək və yaşamaq hüququna sahib idilər. Onların rezident vətəndaşlıq statusu üçün müraciət müddəti isə bu ilin iyun ayına qədər davam edirdi ki, bu da hazırda çətin dövrdən keçən əmək bazarına mövcud təzyiqi daha da artırmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram