Vakansiya haqqında məlumat:
“PAŞA Sığorta” ASC namizədləri “Təkrarsığorta üzrə asistent” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Şirkətin sığorta portfelinin daxilindən təkrarsığorta mühafızəsini tələb edən risklərin təkrar sığortasını təmin etmək;
- Aparıcı yerli və xarici təkrarsığorta şirkətləri və brokerləri ilə uzunmüddətli əməkdaşlıq münasibətləri yaratmaq;
- Sığorta şirkətləri, brokerlər və təkrarsığorta şirkətləri üçün müvafiq təqdimatların hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərmək;
- Ötürülən t/s müqavilələri üzrə Təklifləri diqqətlə analiz etmək və birbaşa rəhbərinin razılığı ilə müvafiq risklərin bu və ya digər şirkətdə təkrarsığortalanması barədə qərar qəbul etmək;
- Fakültativ təkrarsığorta üzrə sliplər hazırlamaq, həmçinin müqavilələrin bağlanmasında iştirak etmək;
- Bağlanan müqavilələrin sistemdə düzgün əksolunmasına nəzarət etmək. Tərəfindən aparılan və imzalanmış müqavilələrin sürətlərini sistemdə əks etdirmək;
- Tərəfindən aparılan ötürülən t/s müqavilələri üzrə invoysların təqdim edilməsi;
- Birbaşa rəhbərinin tapşırığına əsasən obliqator təkrarsığorta müqavilələrinin tərtib edilməsində iştirak etmək;
- Partnyorlardan daxil olan təkrarsığortaya aid sorğuların vaxtı-vaxtında və prosedura əsasən cavablandırılması;
- Daxil olan t/s müqavilələri üzrə ödənişlərin vaxtı-vaxtında köçürülməsi üçün maliyyə departamentinə lazım olan sənədləri hazırlayıb təhvil vermək;
- Şöbədə istifadə olunan sənədlərin effektiv uçotunun həyata keçirilməsi;
- Daxil olan təkrarsığorta risklərinin yenilənməsi prosesinə nəzarət etmək;
- Kreditor və debitor borcların araşdırılmasında və əlaqələndirilməsində Maliyyə Departamentinə dəstək göstərmək;
- Daxil olan və ötürülən təkrarsığorta hadisələri ilə bağlı Sığorta İddiaları departmentinə kommunikasiya işlərində yardımçı olmaq.
BİLİKLƏR
- İqtisadi və ya riyazi sahədə ali təhsil;
- Dil bilikləri: Azərbaycan, Rus və ingilis dillərini yüksək səviyyədə bilmək.
BACARIQLAR
- Operativlik
- Təşəbbüskarlıq;
- Stressli vəziyyətlərdə həll etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Dəqiqlik;
- Detallara diqqət yetirmək qabiliyyəti;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Problem həll etmə bacarığı.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Bizi sosial şəbəkələrdən izləyin!!
Şirkət:
“PAŞA Sığorta” ASC